"Azercell" "Kabinetim" tətbiqinin yeni versiyasını təqdim edib ®

"Azercell" "Kabinetim" tətbiqinin yeni versiyasını təqdim edib ®
  • Clock-gray 16:28
  • calendar-gray 14 May 2020

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” “Kabinetim” mobil tətbiqinin yeni versiyası abunəçilərin ixtiyarına verildi.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, artıq abunəçilərin işini daha da asanlaşdıran, bəzi funksiyaları əlçatan edən yeni imkanlar vasitəsilə tətbiq daha rahat, funksional və rəqəmsal xüsusiyyətlərə malikdir.

Belə ki, “Kabinetim” mobil tətbiqinin yeni versiyasında abunəçi istifadə etdiyi nömrənin rəsmi sahibini asanlıqla öyrənə bilər. Bunun üçün sadəcə proqramdakı kənar menyuya daxil olmaq kifayətdir. Digər yenilik “Mənim Profilim” bölməsində edilib. Bu bölmədə imza sahibinin adı və soyadı ilə yanaşı, əlavə əlaqə nömrəsi və elektron ünvanın qeyd olunması üçün imkan yaradılıb. Sözügedən hər iki funksiyadan yalnız fiziki şəxslər yararlana biləcəklər.

Önəmli yeniliklərdən biri də Mobil Ödəmə sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, fakturasız xətt istifadəçiləri artıq öz nömrəsinə aid kabinetdən digər Azercell nömrəsinə balans köçürə bilər. Bundan əlavə, yenilənmiş “Kabinetim” mobil tətbiqində “İnternet” və “Balansı artır” bölmələrindən istifadəçi təcrübəsi də təkmilləşdirilib.

Qeyd edək ki, “Kabinetim” mobil tətbiqinin önəmli xüsusiyyətlərindən biri də odur ki, tətbiqdən istifadə zamanı meqabaytlar xərclənmir. Həm “iOS”, həm də “Android” əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim” tətbiqini “App Store” və ya "PlayStore”dan yükləmək mümkündür. Tətbiq avtomatik yenilənməyibsə, yükləmə üçün bit.ly/Kabinetim keçidindən istifadə etmək olar.

Müasir texnologiyalar və rəqəmsal həlləri təqdim edən “Kabinetim” tətbiqi istifadəçilərə nömrə xəttini şəxsən idarə etmək, balansı nəzarətdə saxlayıb artırmaq, internet paketləri və rominq internet paketlərini aktivləşdirmək, tarif paketini dəyişmək və bir çox başqa imkanlar təqdim edir. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi üzərindən onlayn çat vasitəsilə “Azercell” müştəri xidmətlərinə müraciət etmək və QR skan ilə xidmətlərə qoşulmaq da mümkündür.

Rəqəmsal həllərin tətbiqi yolu ilə müştəri məmnuniyyətini daha da yüksəltməyi hədəfləyən “Azercell” “Kabinetim” tətbiqinin funksionallığını artırmaqda davam edəcək. İstifadəçilər mobil tətbiqlə bağlı təkliflərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Hüseyn Vəliyev

Digər xəbərlər