"Azercell" koronavirusla savaşan tibb işçilərinə dəstəyini davam etdirir

"Azercell" koronavirusla savaşan tibb işçilərinə dəstəyini davam etdirir
# 20 oktyabr 2020 11:51 (UTC +04:00)

Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus infeksiyası (COVİD-19) ilə mübarizədə sosial məsuliyyət tədbirlərini davam etdirir.

Şirkət COVID-19-la mübarizədə xalqımızın sağlamlığının keşiyində dayanan 700-ə yaxın tibb işçisinin balansına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə daha 2 ay ərzində hədiyyə balans yükləyəcək. Bu dəfə yüklənəcək vəsait 50 AZN təşkil edir. Həkimlərin siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim olunub. Hədiyyə olunan məbləğ müasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər.

Qeyd edək ki, “Azercell” COVID-19 pandemiyası ilə mübarizədə infeksiyanın yayıldığı ilk gündən etibarən həkimlərə dəstək olur. Şirkət tibb işçilərinin mobil telefon nömrələrinə mart ayında 50 AZN, iyul, avqust, sentyabr ayları boyu hər ay 30 azn hədiyyə balans təqdim edib.

Xatırladaq ki, “Azercell Telekom” MMC COVID-19 pandemiyası müddətində vətəndaşlara həm telekommunikasiya dəstəyi göstərib, həm də korporativ sosial məsuliyyət strategiyası çərçivəsində bir çox layihə və xeyriyyə aksiyaları gerçəkləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR