“Azercell” ödənişlərinin terminallarda bərpası ilə bağlı müzakirələr aparılır

“Azercell” ödənişlərinin terminallarda bərpası ilə bağlı müzakirələr aparılır
# 10 avqust 2020 15:05 (UTC +04:00)

Hazırda “Azercell” mobil operatorun xidmətləri üzrə ödənişlərin “MilliÖN” terminallarında olmamasının səbəbi tərəflər arasında aparılan danışıqlardır və qarşılıqlı razılıq əldə olduğu təqdirdə xidmət “MilliÖN” şəbəkəsində bərpa olunacaq.

Bunu “APA-Economics”ə "Komtec" şirkətinin müştəri xidmətləri bölməsinin rəhbəri Ülviyyə Əfəndiyeva deyib.

Onun sözlərinə görə, regionlarda “MilliÖN” terminallarının bu seqment üzrə ən çox yayılan ödəmə vasitəsi olduğunu nəzərə alaraq, vətəndaşlar tərəfindən xidmətin bərpası ilə bağlı çoxsaylı müraciətlər daxil olur.

Qeyd edək ki, hazırda ölkə üzrə “MilliÖN” ödəmə terminallarının sayı 3 minə yaxındır və bu qurğuların sayının artırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR