"Azercell" şagird və tələbələr üçün xüsusi internet paketini təqdim edib

"Azercell" şagird və tələbələr üçün xüsusi internet paketini təqdim edib
# 17 dekabr 2020 18:16 (UTC +04:00)

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” şirkəti “Microsoft Teams” tətbiqi və “Microsoft Teams”in veb-brauzerdə istifadəsi üçün nəzərdə tutulan xüsusi “Təhsil” internet paketini istifadəyə verib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, yeni xidmətlə şagird, tələbə və müəllimlər ictimai izolyasiya məhdudiyyətlərinə baxmayaraq, dərsləri rahatlıqla davam etdirə biləcəklər.

Yeni internet paketi həm fakturalı, həm də fakturasız istifadəçilər üçün nəzərdə tutulub. “Təhsil” internet paketi çərçivəsində internetin sürəti 2 Mbit/s nəzərdə tutulub.

İstifadəçilərə tələbatdan asılı olaraq, “Günlük” və “Aylıq” paketlərinə qoşula bilərlər. “Günlük” paketi çərçivəsində abunəçilər 24 saat ərzində 10 Gb, “Aylıq” paket çərçivəsində isə 100 Gb internet trafikindən yararlana bilərlər. Paketlərin qiyməti müvafiq olaraq 0,70 və 9,90 manat təşkil edir. İstifadəçilər “Günlük” paketinə qoşulmaq üçün “tehsil1”, “Aylıq” paketinə qoşulmaq üçün isə “tehsil30” açar sözünü 2525 nömrəsinə SMS göndərə bilərlər.

Şirkətdən bildirilib ki, kampaniya 17 dekabr 2020-ci il tarixindən 17 fevral 2021-ci il tarixinədək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR