"Azerspace-1" peykinə yatırılan sərmayələrin 55%-i geri qaytarılıb

"Azerspace-1" peykinə yatırılan sərmayələrin 55%-i geri qaytarılıb
# 11 fevral 2021 12:09 (UTC +04:00)

Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1"ə yatırılan sərmayələrin 55%-i geri qaytarılıb.

Bu barədə "APA-Economics"ə "Azercosmos" ASC-dən bildirilib.

Qeyd olunub ki, "Azerspace-1" peykinin layihəsi 230 mln. ABŞ dollarına başa gəlib.

“"Azerspace-1" peykinin kommersiya fəaliyyətinə başlamasından 7,5 il ötüb. Peykinin qalan ömür müddəti isə təxminən daha 8,5 il nəzərdə tutulur”, - deyə ASC-dən bildiriblər.

Bu layihəyə yatırılan investisiyaların tam geri qaytarılmasına dair proqnozlara gəldikdə, "Azercosmos"dan əlavə edilib ki, "Azerspace-1" ömrünün 12-ci ilindən etibarən ona yatırılan investisiyaların tam geri qaytarılması mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR