Azərbaycan "PayPal"ı ölkədə tam fəaliyyət göstərməsinə rəsmi dəvət edib

Azərbaycan "PayPal"ı ölkədə tam fəaliyyət göstərməsinə rəsmi dəvət edib
  • Clock-gray 10:26
  • calendar-gray 08 Yanvar 2020

"PayPal" ödəniş sisteminə Azərbaycanda fəaliyyətinin təşkilinə dair dövlət səviyyəsində rəsmi müraciət ünvanlanıb.

"APA-Economics"in əldə etdiyi məlumata görə, müraciətdə ölkədə nağdsız ödənişlərin prioritet sahə olduğu və bu sahənin inkişafı ilə bağlı görülən işlər əks olunub.

Müraciətin rəsmi dövlət səviyyəsində ünvanlandığını nəzərə alaraq, bu addım "PayPal" tərəfindən müsbət qəbul olunacağı gözlənilir.

Qeyd edək ki, "PayPal" ödəniş sisteminin postsovet məkanında tam fəaliyyəti hazırda Latviya, Litva, Estoniya, Rusiya, Moldova, Gürcüstan və Qazaxıstanda mövcuddur.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date