Azərbaycan 2023-cü ilədək aviauçuşları tam bərpa edəcək

Azərbaycan 2023-cü ilədək aviauçuşları tam bərpa edəcək
# 22 fevral 2021 15:44 (UTC +04:00)

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) beşillik inkişaf planına əsasən 2023-cü ilə qədər əvvəlki daşıma həcmlərinə qayıtmaq və pandemiyadan əvvəl şirkətin uçduğu bütün marşrutlar üzrə müntəzəm reysləri bərpa etmək nəzərdə tutulur.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, 2025-ci ilədək isə aviaşirkət yaxın və uzaq xaricdəki marşrut xəritəsini daha da genişləndirməyi planlaşdırır.

"AZAL-ın ölkədəki uğurlu peyvəndləmə proqramı sayəsində Azərbaycan Respublikası sərhədlərinin açılmasını və sərnişindaşıma sektorunun normal fəaliyyətə dönəcəyini gözləyir", - aviaşirkətdən bildirilib.

Həmçinin, uçuşların bərpası çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportu xarici aviaşirkətlərin ölkəyə cəlb edilməsinin və yeni hava xətlərinin açılmasının təşviqi proqramını davam etdirəcək.

Qeyd edilir ki, sərhədlərin bağlanmasına qədər Azərbaycanın bütün beynəlxalq hava limanlarında hava məkanının beşinci və yeddinci dərəcəli "hava azadlığı" rejimləri tətbiq olunurdu. Azərbaycana uçuşlar həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər sonradan milli aviadaşıyıcı ilə eyni hüquqları əldə edəcəklər. Həmin azadlıq dərəcələri Azərbaycan hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuş icra etmək imkanı yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR