Azərbaycan AİB-in nəqliyyat forumunda təmsil olunur

Azərbaycan AİB-in nəqliyyat forumunda təmsil olunur
# 25 avqust 2020 11:55 (UTC +04:00)

Azərbaycan Asiya İnkişaf Bankının (AİB) VII Asiya və Sakit Okean Nəqliyyat Forumunda iştirak edir.

AİB-in Bakı ofisindən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycanı sözügedən tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndələri təmsil edir. 24-28 avqust tarixlərini əhatə edən forum onlayn formatda təşkil olunub. Tədbirə 1 200-dən çox iştirakçı, o cümlədən müxtəlif ölkələrin hökumət və biznes nümayəndələri, həmçinin elmi dairələrin və beynəlxalq təşkilatların nümayəndələri qatılıb.

Forumda koronavirus pandemiyasının nəqliyyat sektoruna mənfi təsiri, böhranın sektorda yaratdığı problemlərin aradan qaldırılması, nəqliyyat sektorunun dəyişmiş mühitə uyğunlaşdırılması, nəqliyyat xidmətlərinin yenilənməsi, sözügedən sektorda təhlükəsizliyin artırılması, infrastruktur, yük və sərnişin daşımaları kimi məsələlər müzakirə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR