Azərbaycan "CyberTech Global 2021" konfransında iştirak edir

Azərbaycan "CyberTech Global 2021" konfransında iştirak edir
# 05 aprel 2021 11:00 (UTC +04:00)

Dubayda beynəlxalq “CyberTech Global 2021” sərgi-konfransı işə başlayıb.

APA-Economics”in “Israel Defense” portalına istinadən verdiyi məlumata görə, tədbirdə rəsmi şəxslərin, güc strukturlarının nümayəndələrinin və BƏƏ-nin iri şirkətlərinin rəhbərlərinin iştirakı gözlənilir.

Tədbirdə iştirak etmək üçün Səudiyyə Ərəbistanı, Misir, Qətər, Mərakeş, Slovakiya, Azərbaycan və Xorvatiya da daxil olmaqla 50-dən çox ölkədən nümayəndə heyətləri gəlib.

Qeyd edək ki, sayca 8-ci “CyberTech Global” tədbiri bu günədək yalnız İsrailin paytaxtı Tel-Əvivdə keçirilib. Sərgi və konfrans aprelin 7-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR