"Azərbaycan Dəmir Yollarının 140 illiyi" medalı təsis edilib

"Azərbaycan Dəmir Yollarının 140 illiyi" medalı təsis edilib
  • Clock-gray 12:50
  • calendar-gray 13 Noyabr 2020

“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, medalın təsis edilməsi ilə əlaqədar Prezident İlham Əliyev “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi haqqında fərman imzalayıb.

Qanuna əsasən, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və yubiley medalının təsviri təsdiq edilib.

Əsasnaməyə görə, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən dəmir yolu nəqliyyatı sahəsində çalışan işçilər, Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sahəsinin inkişafında və təkmilləşdirilməsində xüsusi xidmətləri olan şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif ediləcək. Təltif edən orqan isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətidir.

APA-Economics

Digər xəbərlər