Azərbaycan "IDC Future of Infrastructure" tədbirində iştirak edir

Azərbaycan "IDC Future of Infrastructure" tədbirində iştirak edir
# 18 mart 2021 12:00 (UTC +04:00)

International Data Corporation (IDC) beynəlxalq analitik şirkəti ilk regional “IDC Future of Infrastructure” adlı onlayn tədbir təşkil edib.

APA-Economics”in məlumatına görə, forumda Orta Asiya, Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan və Monqolustan ölkələrinin nümayəndələri iştirak edirlər.

Konfrans çərçivəsində pandemiyanın yaratdığı yeni tələblər nəzərə alınmaqla, rəqəmsal infrastrukturun vəziyyəti məsələləri nəzərdən keçiriləcək, iş prioritetləri və rəqəmsal infrastruktur üçün tələblər müzakirə ediləcək.

Natiqlər eyni zamanda rəqəmsal infrastrukturun əsas problemlərini vurğulayacaqlar: fiziki infrastrukturun mövcudluğu (rabitə kanalları, data mərkəzləri), virtual infrastrukturun mövcudluğu (buludlar, autsorsinq) və kadr problemləri.

Qeyd edək ki, “IDC Future of Infrastructure” İT infrastrukturu ilə əlaqəli qlobal və regional tendensiyaları araşdırır və rəqəmsal transformasiya dövründə təşkilatlar üçün praktik məsləhətlər və ən yaxşı təcrübələr təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR