Azərbaycan "Quru limanları haqqında" Hökumətlərarası Sazişə qoşulub

Azərbaycan "Quru limanları haqqında" Hökumətlərarası Sazişə qoşulub
# 30 mart 2020 12:37 (UTC +04:00)

“Azərbaycan bu sazişə bir bəyannamə, istisna ilə qoşulub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Quru limanları haqqında" Hökumətlərarası Sazişə qoşulmaq barədə qanun layihəsinin müzakirəsi zamanı MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

T. Mirkişili bildirib ki, sazişə qoşulan 27 dövlətdən biri Ermənistandır: “Bizim istisna halımız da məhz Ermənistanla bağlıdır”.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR