Azərbaycan Rabitə Administrasiyası WTSA-20-yə hazırlıq prosesini müzakirə edib

Azərbaycan Rabitə Administrasiyası WTSA-20-yə hazırlıq prosesini müzakirə edib
# 21 aprel 2020 17:36 (UTC +04:00)

Azərbaycan Rabitə Administrasiyasının nümayəndələri regional prioritetlərin və Ümumdünya Telekommunikasiya Standartlaşdırma Assambleyasına (WTSA-20) hazırlıq prosesini video-konfrans formatında müzakirə ediblər.

APA-Economics” Regional Rabitə Birliyinin yaydığı məlumata istinadən xəbər verir ki, müzakirələrdə Rusiya Federasiyası Rabitə Administrasiyasının və RRB-nin İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

İclas çərçivəsində, RRB-nin Assambleyaya hazırlıqlara dair ümumi məlumat və Assambleya üçün Birlik adından hazırlanan Baş Təkliflərin layihələri təqdim edildi.

Təqdimat zamanı Ərəb Standartlaşdırma Qrupunun nümayəndəsi ITU-T-nin bir sıra qətnamələrinə yenidən baxılmasını, ITU-T-nin araşdırma komissiyalarının strukturunun qiymətləndirilməsini və sənaye şirkətlərinin ITU Telekommunikasiya Standartlaşdırma Sektorunun fəaliyyətinə cəlb olunması ilə bağlı prioritetləri təqdim etdi.

Müzakirə zamanı RRB nümayəndələri ITU-T araşdırma komissiyalarının strukturunun dəyişdirilməməsi və ya ona minimal dəyişiklik edilməsi barədə fikirlərini bildirdilər.

Öz növbəsində, ərəb ölkələrindən olan həmkarlar, ekspert səviyyəsində sənəd mübadiləsi və regional təşkilatların WTSA-20-yə çıxaracaqları təklifləri əlaqələndirməyi təklif etdilər.

RRB nümayəndələri bu təşəbbüsü dəstəklədilər və Ərəb Standartlaşdırma Qrupunun nümayəndələri ilə müzakirələri 2020-ci ilin iyununda davam etdirməyə hazır olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR