Azərbaycan, Rusiya və İranın elektrik şəbəkələri sinxronlaşdırılacaq

Azərbaycan, Rusiya və İranın elektrik şəbəkələri sinxronlaşdırılacaq
# 17 iyun 2020 14:56 (UTC +04:00)

Azərbaycan tərəfi üç ölkənin (Azərbaycan, Rusiya və İran) elektrik şəbəkələrinin sinxronlaşdırılması və digər əməkdaşlıq məsələlərinin həllinin tapılması üçün ciddi məşğul olacaq.

İranın Azərbaycandakı səfirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının Energetika naziri Rza Ərdəkaniyan arasında baş tutan telefon danışığında deyib.

Ş. Mustafayev Azərbaycan rəhbərliyinin İranla ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafına hazır olduğunu bildirib.

İranlı nazir R. Ərdəkaniyan İran vətəndaşlarının ölkəyə gətirilməsində və İran tranzit yük maşınlarının Azərbaycan ərazisindən gediş-gəlişinin asanlaşdırılmasında Azərbaycan tərəfinin əməkdaşlığına görə minnətdarlığını bildirib. Nazir tərəflər arasında keçirilən əvvəlki müzakirələrə toxunaraq iki ölkə arasında müştərək enerji layihələrinin son vəziyyəti haqqında məlumat verib və Ş. Mustafayevdən bu layihələrin icrasında Azərbaycan tərəfdən olan bəzi problemlərin həllinə yardımçı olmasını istəyib.

Öz növbəsində, Ş. Mustafayev problemlərin aradan qaldırılması üçün İran tərəfinin qaldırdığı məsələlərin həll edilməsinin və energetika sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq söz verdi ki, müştərək layihələrin icrası və digər əməkdaşlıq məsələlərin öz həllini tapması üçün ciddi şəkildə məşğul olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR