Azərbaycan alimləri informasiya təhlükəsizliyi sahəsində tədqiqatlar aparacaqlar

Azərbaycan alimləri informasiya təhlükəsizliyi sahəsində tədqiqatlar aparacaqlar
# 02 fevral 2021 12:23 (UTC +04:00)

Azərbaycanda cari ildə informasiya təhlükəsizliyi sahəsində bir sıra tədqiqatların aparılması planlaşdırılır.

AMEA İnformasiya Texnologiyaları İnstitutundan "APA-Economics"ə verilən məlumata görə, informasiya təhlükəsizliyinin təmin edilməsi problemləri istiqamətində e-dövlət mühitində təhdidlərin çoxfaktorlu qiymətləndirilməsi metodları, zərərli proqram təminatının aşkarlanması və analizi üçün süni intellekt yanaşmaları, təşkilatlarda informasiya təhlükəsizliyinin menecmenti metodları və geoinformasiya sistemlərində informasiya təhlükəsizliyinin təmin edilməsi üsullarının işlənməsi nəzərdə tutulur.

2021-ci ildə, həmçinin kiberfiziki sistemlərdə (KFS-də) təhlükəsizliyin təmin edilməsi üçün çoxfaktorlu autentifikasiya metodları, KFS-lərin proqram təminatının təhlükəsizliyinin qiymətləndirilməsi metodları və KFS-lərdə kiberhücumların aşkarlanması və analizi üsullarının işlənməsi, bulud sistemlərinin analizi və sintezi istiqamətində bulud xidmətlərinə DDoS hücumlarının aşkarlanması, kompüter şəbəkələrinin monitorinqi üçün proaktiv bulud xidmətinin sintezi və s. sahələrdə elmi araşdırmaların aparılması planlaşdırılır.

Bununla yanaşı, İnstitut cari ildə Elmin İnkişafı Fondunun və NATO Sülh və Təhlükəsizlik Naminə Elm Proqramının qrant layihələrində iştirak edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR