Azərbaycan alimləri nanokarbon strukturlarının alınması üzrə araşdırmalar aparır

Azərbaycan alimləri nanokarbon strukturlarının alınması üzrə araşdırmalar aparır
  • Clock-gray 11:31
  • calendar-gray 17 Noyabr 2020

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən innovativ məhsullardan olan karbon nanoborular (KNB) və onlar əsasında nanokarbon strukturların alınması və tətbiqləri araşdırılır.

Bu barədə "APA-Economics"ə  Mərkəzdən bildirilib.

Qeyd olunub ki, Aerozol CVD texnologiyası ilə sintez olunan çoxdivarlı karbon nanoboruların yod, oksid və amid qrupları ilə funksionallaşdırılması prosesi aparılıb və nəticələri müxtəlif üsullarla (SEM, AFM, XRD, Raman) analiz olunub. Bu cür funksionallaşdırılmış KNB-lar müxtəlif polimer matrisalarında və məhlullarda yaxşı disperqasiya olunur və bu da yeni üstün xassəli bircins nano əsaslı innovativ materialların alınmasına yol açır. Alınan innovativ kompozit nümunələr potensial tətbiqlərə malikdir ki, bunlar həm nanoelektronika da həm də kosmik sahələrə tətbiq oluna bilər.

Hüseyn Vəliyev

Digər xəbərlər