Azərbaycan beynəlxalq nəqliyyat forumunda iştirak edəcək

Azərbaycan beynəlxalq nəqliyyat forumunda iştirak edəcək
# 09 aprel 2021 11:53 (UTC +04:00)

Bu ilin aprel ayının 27-29-da ABŞ-ın dəstəyi ilə “Avrasiyanı birləşdirən: Ağıllı Liman və Dəmir Yolları Forum”u keçiriləcək.

Bu barədə “APA-Economics” ABŞ Beynəlxalq Ticarət Administrasiyasına istinadən xəbər verir.

Məlumata görə, tədbirdə ABŞ, Azərbaycan, Türkiyə və Gürcüstanın müvafiq qurumlarının nümayəndələrinin iştirakı gözlənilir. Azərbaycanı tədbirdə iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin rəhbəri Natiq Cəfərov və Bakı Limanının baş direktoru Taleh Ziyadov təmsil edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR