Azərbaycan daxilində və digər dövlətlərin ərazisindən tranzit keçməklə ötən il 2 mln. tonadək yük daşınıb

Azərbaycan daxilində və digər dövlətlərin ərazisindən tranzit keçməklə ötən il 2 mln. tonadək yük daşınıb
# 18 yanvar 2021 12:54 (UTC +04:00)

Ötən il ərzində 58 907 xarici yük avtonəqliyyat vasitəsinin Azərbaycan ərazisindən tranzit keçməklə daşımaları təmin edilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Xidmətin 2020-ci il üzrə avtomobil nəqliyyatı ilə daşımalara dair görülən işlərin hesabatında bildirilir.

Qeyd olunur ki, milli daşıyıcılar tərəfindən ölkə daxili və digər dövlətlərin ərazisindən tranzit keçməklə 2 mln. tona yaxın yük daşınıb.

2020-ci ilin yanvar-dekabr ayları ərzində beynəlxalq avtomobil daşımalarını həyata keçirən yerli avtodaşıyıcılara 97 031 ədəd “İcazə” blanklarının verilməsi nəticəsində dövlət büdcəsinə 3 532 866 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.

Bildirilir ki, pandemiya ilə əlaqədar ölkə daxilində tətbiq edilən məhdudiyyət tədbirləri zamanı həm daxili, həm də beynəlxalq yükdaşımalarına heç bir məhdudiyyət tətbiq edilməyib. Müvafiq karantin qaydalarına əməl edilməsi şərti ilə yüklərin beynəlxalq və ölkə daxili daşımaları təmin edilib.

Ümumilikdə beynəlxalq daşımaların həyata keçirilməsi üçün xarici ölkələrlə aşağıdakı sayda "İcazə" blankları mübadilə edilib:

- giriş, çıxış və tranzit keçid üçün - 155 325 ədəd;

- 3-cü ölkəyə/ölkədən daşımalar üçün – 16 060 ədəd;

Beynəlxalq nəqliyyat forumunun (BNF)

- çoxtərəfli "İcazə"ləri (illik) - 1200 ədəd;

- çoxtərəfli "İcazə"ləri (aylıq) - 240 ədəd.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR