Azərbaycan dezinfeksiya tunelləri ixrac edəcək

Azərbaycan dezinfeksiya tunelləri ixrac edəcək
  • Clock-gray 14:09
  • calendar-gray 13 May 2020

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” tərəfindən istehsal olunan dezinfeksiya tunellərinin həm yerli, həm də xarici bazarlara satışı nəzərdə tutulur. İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Elsmart” brendi ilə istehsal  olunan bu avadanlığın elektron sistemi SmartHome, konstruksiyası STP-nin Elektrik Avadanlıqları Zavodunda hazırlanır.

Dezinfeksiya tunellərindən yalnız pandemiya dövründə deyil, həmçinin  mövsümi bakteriya və virusların  profilaktikası, habelə gələcəkdə yaranacaq yoluxucu xəstəliklərin qarşısını almaq üçün istifadə oluna bilər. 

 

Hüseyn Vəliyev

Digər xəbərlər