Azərbaycan fişinq hücumlarının sayına görə MDB-də lider olub

Azərbaycan fişinq hücumlarının sayına görə MDB-də lider olub
  • Clock-gray 10:05
  • calendar-gray 28 Yanvar 2020

Azərbaycanın ".az" domenində olan saytların 873-ü fişinq hücumuna məruz qalıb ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 2,54%-ni təşkil edir.

"APA-Economis" "Netcraft" analitik şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycan saytlarının hər 41-i nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib. Bu göstərici postsovet ölkələri arasında ən yüksək göstərici sayılır.

Qeyd edək ki, bu günə ".az" domenində qeydiyyatdan keçən saytların sayı 34 328 ədəd təşkil edir.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 138, Rusiyada – 187, Belarusda – 294, Latviyada – 196, Litvada - 74, Estoniyada - 285, Qazaxıstanda – 452, Özbəkistanda – 277, Tacikistanda – 54, Türkmənistanda – 110, Qırğızıstanda – 146, Gürcüstanda – 76, Ermənistanda isə 100 sayta bir uğurlu fişinq hücumu düşür.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date