Azərbaycan onlayn ticarətin inkişafına görə dünyada 65-ci yerdədir - REYTİNQ

Azərbaycan onlayn ticarətin inkişafına görə dünyada 65-ci yerdədir - REYTİNQ
# 17 fevral 2021 12:25 (UTC +04:00)

Azərbaycan onlayn ticarətin inkişafına görə dünyanın 152 ölkəsi arasında 65-ci yerdə qərarlaşıb.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) "Business-to-Consumer (B2C) E-commerce Index 2020" illik hesabatında deyilir.

2019-cu ilin hesabatı ilə müqayisədə Azərbaycan üç pillə geriləyib.

MDB ölkələri arasında ən yüksək mövqelərə Belarus (35-ci yer), Rusiya (41-ci yer), Ukrayna (51-ci yer), Moldova (53-cü yer) və Qazaxıstan (60-cı yer) qərarlaşır. Digər qonşu ölkələrə gəldikdə, İran reytinqdə 44-cü yerdə, Gürcüstan 47-ci yerdə, Ermənistan isə 84-cü yerdə qərarlaşıb.

UNCTAD-ın sözügedən indeksi qiymətləndirdikdə təhlükəsiz internet serverlərinə əlçatanlığı, poçt xidmətləri və infrastrukturunun etibarlılığını, əhalinin internetdən istifadə edən və maliyyə təşkilatları və ya mobil pul xidmətinin təminatçılarında hesabı olan payını nəzərə alır.

Qeyd edək ki, dünyada onlayn ticarətə ən çox hazır olan və bu sahəni ən çox inkişaf etdirmiş ölkə İsveçrədir. Siyahıda ikinci yerə Niderland, üçüncü yerə isə Danimarka layiq görülüb. Reytinqin autsayderləri isə Burundi, Çad və Niger olub.

"Business-to-Consumer (B2C) E-commerce Index 2020" – TOP-10:

#

Ölkə

Ötən hesabatda mövqe

1

İsveçrə

2

2

Niderland

1

3

Danimarka

6

4

Sinqapur

3

5

Böyük Britaniya

4

6

Almaniya

9

7

Finlandiya

5

8

İrlandiya

7

9

Norveç

8

10

Çin

14

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR