Azərbaycan optik peyk xidmətlərinin ixracını 16% artırıb

Azərbaycan optik peyk xidmətlərinin ixracını 16% artırıb
  • Clock-gray 15:43
  • calendar-gray 30 İyul 2020

2020-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC dünyanın 27 ölkəsinə 21,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artım deməkdir. ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib.

2020-ci ilin iyun ayında isə “Azərkosmos” ASC dünyanın 20 ölkəsinə 2,4 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Hesabat dövründə ixracın əsas istiqamətləri isə Birləşmiş Krallıq, Fransa, ABŞ, Malayziya və BƏƏ olub.

Mirsəid İbrahimzadə

Digər xəbərlər