Azərbaycan optik peyk xidmətlərinin ixracını 21% artırıb

Azərbaycan optik peyk xidmətlərinin ixracını 21% artırıb
# 01 iyun 2020 11:08 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 26 ölkəsinə 16,6 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21,2% çoxdur.

"APA-Economics"in məlumatına görə, bunu "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə “İxrac İcmalı”nın 2020-ci ilin may sayının onlayn təqdimatında deyib.

Onun sözlərinə görə, ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib.

"Azərkosmos" ASC-nin 2020-ci ilin yanvar-aprel aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya Birləşmiş Krallıq, Fransa və BƏƏ-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR