Azərbaycan peyk xidmətlərindən gəlirlərini artırıb

Azərbaycan peyk xidmətlərindən gəlirlərini artırıb
# 31 mart 2021 10:45 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 23 ölkəsinə 8,5 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, peyk operatorunun əldə etdiyi gəlir, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1% artıb.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib. 2021-ci ilin fevral ayında isə “Azərkosmos” ASC dünyanın 21 ölkəsinə 6,5 mln. dolları dəyərində xidmət ixrac edib.

2021-ci ilin yanvar-fevral ayları ərzində daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Pakistan qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR