Azərbaycan radiotezlik spektrinin idarə olunması üzrə İşçi Qrupunun iclasında təmsil olunub

Azərbaycan radiotezlik spektrinin idarə olunması üzrə İşçi Qrupunun iclasında təmsil olunub
# 21 avqust 2020 17:55 (UTC +04:00)

Radiotezlik spektri və peyk orbitlərindən istifadənin tənzimlənməsi üzrə Regional Rabitə Birliyi (RRB) Komissiyasının radiotezlik spektrinin idarə olunması üzrə İşçi Qrupun 15-ci iclası keçirilib.

RRB-dən "APA-Economics"ə verilən məlumata görə, 3 gün onlayn formatda təşkil olunan iclasda Azərbaycan, Belarus, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ermənistan rabitə idarələrinin 37 nümayəndəsi iştirak edib.

İclas çərçivəsində, RRB-yə üzv ölkələrin ortaq tezlik cədvəlinin, müxtəlif səviyyəli idman tədbirlərinin radiotezlik dəstəyi sahəsində təcrübələri ümumiləşdirən sənədin hazırlanması məsələləri nəzərdən keçirilib.

İştirakçılar həmçinin LoRaWAN şəbəkələrinin qurulması üçün texniki parametrləri və tezlik diapazonlarını, eləcədə dəmir yolu nəqliyyatında rabitə sistemlərinin istifadəsi ilə bağlı sənədin hazırlanmasını nəzərdən keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR