Azərbaycan ərazisindən keçən İstanbul-Sian konteyner qatarı müntəzəm olub

Azərbaycan ərazisindən keçən İstanbul-Sian konteyner qatarı müntəzəm olub
  • Clock-gray 11:25
  • calendar-gray 11 Yanvar 2021

İstanbuldan Siana dəmir yolu qatarının hərəkəti müntəzəm hal alıb. Qatar artıq cədvələ də daxil edilib.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, dekabrda bu istiqamət üzrə iki konteyner qatarı göndərilib.

Qeyd olunur ki, qatar Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstan və Azərbaycan ərazilərindən keçir.

BTQ dəmiryol xətti 2017-ci ildə istifadəyə verilib. Tikintisi 2007-ci il noyabrın 27-də başlayan dəmir yolunun təntənəli açılışı 2017-ci il oktyabrın 30-da olub. Uzunluğu təxminən 850 km olan dəmir yolunun 500 km-dən çoxu Azərbaycan ərazisindən keçir.

Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan BTQ xəttinin fəaliyyəti Şərq-Qərb nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına gətirib çıxarıb. Artıq Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilən BTQ dəmir yolu yerləşdiyi regionda sabitliyə və təhlükəsizliyə xidmət göstərir. Yaxın gələcəkdə BTQ xətti ilə sərnişinlərin daşınmasına da start veriləcək.

Emil İsmayılov

Digər xəbərlər