Azərbaycan regionlarında teleradio yayımının əhatə dairəsi genişləndirilir

Azərbaycan regionlarında teleradio yayımının əhatə dairəsi genişləndirilir
# 09 dekabr 2020 09:52 (UTC +04:00)

Azərbaycan regionlarında televiziya və radio yayımının keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi məqsədilə əlavə TV və FM radio yayım avadanlıqları, rəqəmli ehtiyat şəbəkə üçün rəqəmli TV yayım avadanlıqları qurulacaq.

"APA-Economics"in məlumatına görə, hazırda bununla əlaqədar "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ("Teleradio" İB) tərəfindən qeyd olunan zəruri avadanlıqların alınması məqsədilə açıq tender elan olunub.

İddiaçılar tender təklifini və bank təminatını 11 yanvar 2021-ci il saat 13:00-dək dövlət satınalmaların vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Tenderdə iştirak ödənişlidir və iddiaçılar müəssisənin hesabına 500 manat məbləğində vəsait köçürməlidirlər. İştirak haqqı yalnız "ASAN Ödəniş" vasitəsilə həyata keçirilə bilər. İddiaçıların təklifləri 12 yanvar 2021-ci il saat 13:00-da açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR