Azərbaycan startapları kraudfandinqə çıxarılacaq

Azərbaycan startapları kraudfandinqə çıxarılacaq
# 14 avqust 2020 14:00 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə elan etdiyi “Kraudfandinq”-ə dəstək müsabiqəsinin ilk mərhələsi yekunlaşıb. Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, artıq ilk mərhələnin qalibləri müəyyən olunub. Qeyd edək ki, EnterpriseAzerbaijan portalı Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə Azərbaycanın innovativ və orijinal startaplarına KİCKSTARTER platformasında ən yüksək səviyyədə təmsil olunma imkanı təqdim edir. Bu məqsədlə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin EnterpriseAzerbaijan portalının Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə həyata keçirdiyi müsabiqənin qaliblərinə marketinq, biznes dəstəyi və peşəkar təqdimatın hazırlanmasında dəstək göstəriləcək.

Növbəti mərhələdə layihələr beynəlxalq kraudfandinq platforması olan ”Kickstarter”-də yerləşdiriləcək. Bununla da kraudfandinq kampaniyasına start veriləcək.

Artıq ilk mərhələni keçən 10 innovativ və orijinal startap layihələrimünsiflər heyətinə təqdim olunub. Onların sırasından onlayn formatda video müsahibədən sonra 5 qalib komanda seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR