Azərbaycan startaplarının Silikon Vadisi Akselerasiya proqramında qeydiyyatına start verilib

Azərbaycan startaplarının Silikon Vadisi Akselerasiya proqramında qeydiyyatına start verilib
# 18 iyun 2020 10:53 (UTC +04:00)

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi onlayn Silikon Vadisi Akselerasiya proqramını elan edib.

Mərkəzdən "APA-Economics"ə verilən məlumata görə, İntensiv Akselerasiya proqramı startaplara beynəlxalq bazarlara daxil olmağa kömək edəcək.

Proqram çərçivəsində hər həftə komandalara həftəlik mövzu ilə əlaqəli tapşırıqlar veriləcək ki, bu da onları hədəflərinə nail olmağa daha da yaxınlaşdıracaq. Akselerasiya proqramı "Demo Day" ilə başa çatacaq. Məzun olan komandalar investorlar və mütəxəssislər qarşısında çıxış edərək investisiya almaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, Akselerasiya proqramı müxtəlif sahələrdə mütəxəssis olan 30-dan çox yerli və beynəlxalq məsləhətçi tərəfindən dəstəklənir.

İştirak niyyətində olan komandalar İnkubasiya və Akselerasiya Mərkəzinin rəsmi saytından 30 iyun tarixinədək qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR