Azərbaycan və Macarıstanın aparıcı texnoloji qurumları arasında dördtərəfli memorandum imzalanıb - FOTO

Azərbaycan və Macarıstanın aparıcı texnoloji qurumları arasında dördtərəfli memorandum imzalanıb - FOTO
# 08 dekabr 2020 16:10 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi, Macarıstanın aparıcı texnoloji qurumları arasında dördtərəfli "Sahibkarlığın İnkişafı Sahəsində Əməkdaşlıq" üzrə memorandum imzalanıb.

Agentlikdən "APA-Economics"ə verilən məlumata görə, sənəd İnnovasiyalar Agentliyi, "Turan Trade" MMC, "Startup Campus" LTD və "HEPA" Macarıstan İxrac Agentliyi səhmləri məhdudlaşdırılmış qeyri-kommersiya şirkəti arasında imzalanıb.

Memorandumu imzalayan tərəflərin malik olduğu təcrübə və infrakstruktur sayəsində "Avropanı kəşf et" onlayn proqramının icra edilməsi planlaşdırılır.

Proqram Avropa bazarına yeni xarici startapların və təcrübənin cəlb edilməsi ilə yanaşı, Avropa startaplarının digər bazarlara çıxışının təmin edilməsi üçün nəzərdə tutulub.

Proqram çərçivəsində qurumlar öz məsul olduğu sahədə təcrübələri, texniki, maddi resursları ilə öz yerli startaplarının Avropa bazarına çıxışını təmin edəcək və bu istiqamətdə onlara dəstək göstərəcəklər.

Proqramı uğurla tamamladıqdan sonra İnnovasiyalar Agentliyi bu təcrübəni digər qurumlarla bölüşməyi planlaşdırır.

Yerli biznes ehtiyaclarını qiymətləndirdikdən sonra, memorandumu imzalayan tərəfdaşlar enerji və ağıllı şəhərlərə əsaslanan innovasiyalara fokuslanaraq "Azərbaycanı kəşf et" və "Avropanı kəşf et" ikitərəfli akselerasiya proqramlarını həyata keçirmək barədə razılığa gəldilər.

İştirak edən startap və kiçik və orta sahibkarlar bölgənin innovasiya ekosistemi ilə tanış olacaq və hədəf bazarları, potensial korporativ tərəfdaşlar və yerli investisiya imkanları barədə faydalı məsləhətlər alacaqlar. Proqramın idarəsi və uğurla həyata keçirilməsi "Startup Campus" LTD tərəfindən təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR