Azərbaycan və Türkiyə e-ticarət mallarının poçtla mübadiləsi sahəsində birgə layihə həyata keçirəcək

Azərbaycan və Türkiyə e-ticarət mallarının poçtla mübadiləsi sahəsində birgə layihə həyata keçirəcək
  • Clock-gray 11:16
  • calendar-gray 05 Dekabr 2019

"Bakutel 2019" 25-ci Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində “Azərpoçt” MMC və Türkiyə Dövlət Poçtu (PTT) nümayəndələri arasında görüş keçirilib.

"APA-Economics"in məlumatına görə, yaxın vaxtlarda tərəflər arasında elektron ticarət mallarının poçtla mübadiləsi sahədə müqavilə imzalanması nəzərdə tutulur. Belə ki, artıq tətbiq olunacaq tariflər barədə razılıq əldə olunub. Layihənin hazırlanması ilə bağlı texniki məsələlər həll edildikdən sonra qısa zaman ərzində müqavilənin imzalanması mümkün olacaq.

Qeyd edək ki, "Azərpoçt" və PTT arasında imzalanması nəzərdə tutulan müqavilədə elektron ticarət mallarının bazara uyğun qiymətlərlə çatdırılması nəzərdə tutulur. Müqavilənin reallaşdırılması iki ölkə arasında mübadilə olunan poçt həcminin daha da artmasına imkan verəcək.

Hüseyn Vəliyev

Digər xəbərlər