Azərbaycan yanvar-sentyabrda TRACECA ilə yükdaşımalardan 388 mln. manatdan çox gəlir əldə edib

Azərbaycan yanvar-sentyabrda TRACECA ilə yükdaşımalardan 388 mln. manatdan çox gəlir əldə edib
# 23 noyabr 2020 11:30 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində yük və sərnişindaşımalardan 432 224,5 min manat gəlir əldə edilib, bu da illik müqayisədə 26% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə əldə edilən gəlirinin 388 634,4 min manatı yükdaşımaların payına düşüb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2% azdır.

Məlumata görə, yanvar-sentyabr aylarında dəhlizin Azərbaycan hissəsində daşımalardan əldə edilən gəlirinin 43 590,1 min manatı sərnişindaşımaların payına düşüb, bu da 60% azalma deməkdir.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29 865,6 min ton, yük dövriyyəsi isə 6 972,3 mln. ton-km olub ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 23% və 15,5% azalma müşahidə olunub. Yüklərin 16 621,7 min tonu və ya 55,7% avtomobil nəqliyyatı, 9 532,7 min tonu və ya 31,9% dəmir yolu nəqliyyatı, 3 711,2 min tonu və ya 12,4% dəniz nəqliyyatı ilə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR