Azərbaycana ötən ilin on bir ayında 145 mln. dollarlıq mobil telefonlar idxal olunub

Azərbaycana ötən ilin on bir ayında 145 mln. dollarlıq mobil telefonlar idxal olunub
  • Clock-gray 15:40
  • calendar-gray 13 Yanvar 2020

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 1 235 990 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün nəzərdə tutulan telefon aparatları idxal olunub.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitədən verilən məlumatına görə, 2018-ci ilin eyni dövrü ilə müqayisədə idxal olunan sözügedən məhsulların sayı 61,3% artıb.

Hesabat dövründə idxal olunan məhsulların dəyəri 145 049,0 min ABŞ dolları təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 73,3% çoxdur.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date