Azərbaycanda "Google" axtarış sisteminin istifadəçilərinin aktivliyi azalıb

Azərbaycanda "Google" axtarış sisteminin istifadəçilərinin aktivliyi azalıb
  • Clock-gray 14:00
  • calendar-gray 07 Yanvar 2020

Ötən il ərzində Azərbaycanda "Google" axtarış sisteminin istifadəçilərinin aktivliyi 2018-ci illə müqayisədə 0,7 faiz bəndi azalıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar ayının 1-nə "Google"un ölkə üzrə bazar payı 95,2% təşkil edib.

Ötən il ərzində 2018-ci illə müqayisədə "Yandex.ru" axtarış sisteminin Azərbaycanda bazar payının həcmi 0,76 faiz bəndi artaraq 2020-ci ilin yanvarın 1-nə 2,76% təşkil edib. "Yandex" Azərbaycanın axtarış sistemləri bazarında ikinci yeri tutur.

Üçüncü mövqedə 0,61% bazar payı ilə "Yahoo" axtarış sistemi qərarlaşıb. Bu brauzerin ölkə üzrə bazar payı 2019-cu ildə 2018-ci illə müqayisədə 0,15 faiz bəndi azalıb.

Digər axtarış sistemləri üzrə olan pay bölgüsü: "Mail.ru" – 1,81%, "Yandex.com" – 0,52%, "Bing" – 0,34% və s.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date