Azərbaycanda "Lada" avtomobillərinin satışı ötən il 40% artıb

Azərbaycanda "Lada" avtomobillərinin satışı ötən il 40% artıb
  • Clock-gray 12:05
  • calendar-gray 24 Yanvar 2020

"AvtoVAZ" ASC tərəfindən istehsal edilən "Lada" avtomobillərinin Azərbaycanda satışları ötən il 40% artaraq 1 600 avtomobilə çatıb.

"APA-Economics"in ASC-yə istinadən verdiyi məlumata görə, yanvarın 23-də Bakıda "Lada"nın yeni rəsmi diler mərkəzinin açılışı olub. Avtosalonun vitrinində və xidmət zonasında 6 nümayiş avtomobili yerləşdirilib. Bundan əlavə, müştərilər üçün parkinq və "test drive" yerləri ayrılıb.

Qeyd edək ki, Azərbaycan "Lada" avtomobillərinin əsas ixrac bazarlarından biridir. Ölkədə sözügedən avtomobillərin rəsmi dileri "Xəzər-Lada" şirkətidir. 

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date