Azərbaycanda "Tier" standartlı daha üç Data mərkəzi inşa olunacaq

Azərbaycanda "Tier" standartlı daha üç Data mərkəzi inşa olunacaq
  • Clock-gray 09:56
  • calendar-gray 04 Dekabr 2019

"AzInTelecom" MMC-nin Yevlaxda inşa olunan ehtiyat Data mərkəzi gələn ilin II rübündə istismara veriləcək.

Bunu "APA-Economics"ə  "AzInTelecom"un kommersiya departamentinin rəhbəri Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, bu mərkəz Bakıdakı mərkəzdən fərqli olaraq coğrafi baxımdan müəssisələrə öz virtual Data mərkəzlərini yaratmağa imkan verəcək.

"Bakı və Yevlaxdakı Data mərkəzlərdən başqa "Tier" standartına cavab verən daha üç mərkəzin inşası gözlənilir. Bu mərkəzlərin ölkənin hansı bölgəsində tikiləcəyi barədə hələ qərar verilməyib və bu məsələ hazırda müzakirə olunur", - deyə R. Əliyev qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date