Azərbaycanda 2023-cü ilədək bütün kassa aparatları yenilənəcək

Azərbaycanda 2023-cü ilədək bütün kassa aparatları yenilənəcək
  • Clock-gray 12:14
  • calendar-gray 12 Fevral 2021

2022-ci ilin sonunadək Azərbaycanda olan bütün kassa aparatlarının yeni nəsil kassalarla əvəz ediləcəyi nəzərdə tutulur.

"APA-Economics"in məlumatına görə, bunu "Postpandemiya dövründə vergi sistemi" mövzusuna həsr olunan konfransda çıxış edən Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Orxan Nəzərli deyib.

Onun sözlərinə görə, hazırda ölkə üzrə pərakəndə və ictimai iaşə obyektlərində 23 mindən çox yeni nəsil elektron kassa aparatı quraşdırılıb: "Bunların tətbiqi kassa dövriyyələrinin şəffaflaşmasına səbəb olub, icra olunan "ƏDVgerial" layihəsi isə nağdsız ödənişlərə marağın artmasına gətirib çıxarıb. Ötən il ərzində "ƏDVgerial" çərçivəsində vətəndaşlara 33,4 mln. manat vəsait qaytarılıb. Hazırda edvgerial.az portalında 900 mindən çox istifadəçi qeydə alınıb".

O. Nəzərli əlavə edib ki, 2020-ci ilin I rübündə marketlərdə onlayn kassa çekləri üzrə pərakəndə ticarət dövriyyəsinin orta aylıq həcmi 62 min manat təşkil edirdisə, II rübdə bu göstərici 92 mln. manat, III rübdə 200 mln. manat olub, IV rübdə isə 220 mln. manatı üstələyib.

Hüseyn Vəliyev

Digər xəbərlər