Azərbaycanda 5G və rəqəmsal radionun yayım keyfiyyətinin monitorinqi aparılacaq

Azərbaycanda 5G və rəqəmsal radionun yayım keyfiyyətinin monitorinqi aparılacaq
  • Clock-gray 14:35
  • calendar-gray 04 Dekabr 2019

Azərbaycanda beşinci nəsil radiorabitə vasitələrinin (5G şəbəkəsi) monitorinqinin  aparılması üçün mobil stansiya alınıb.

Bunu "APA-Economics"ə Dövlət Radiotezliklər İdarəsindən (DRİ) deyiblər.

İdarədən bildrilib ki, bu stansiya vasitəsilə həm 5G şəbəkənin, həm də DAB+ standartı ilə yayımlanan rəqəmli radionun keyfiyyət göstəriciləri ölçüləcək.

"Mobil stansiyanın yaxın 3-4 ay ərzində istismarına başlanılacaq", - deyə DRİ-dən bildirilib.

5G tezlik resurslarına gəldikdə, DRİ-dən əlavə olaraq bildirilib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) tövsiyələrinə və tələblərinə uyğun olaraq ayrılan müvafiq tezlik resursları bu yaxınlarda keçirilən Ümumdünya Radiorabitə Konfransında müzakirə edilib: "Bu tezlik ITU-nun üzv ölkələri arasında resursların istifadəsinə dair qaydaların ratifikasiyasından sonra dərc ediləcək".

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date