Azərbaycanda "Chrome" brauzerinin istifadəçi auditoriyası genişlənib

Azərbaycanda "Chrome" brauzerinin istifadəçi auditoriyası genişlənib
  • Clock-gray 12:55
  • calendar-gray 03 İyul 2020

Bu ilin iyun ayında Azərbaycan brauzer bazarında "Chrome"un istifadəçi auditoriyası may ayı ilə müqayisədə 1,3 faiz bəndi artıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, bu ilin iyul ayının 1-nə "Chrome"un ölkə üzrə bazar payı 76% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 7,1 faiz bəndi çoxdur.

Bu ilin may ayı ilə müqayisədə iyunda "Safari" brauzerin Azərbaycanda bazar payının həcmi 0,1 faiz bəndi azalaraq iyulun 1-nə 8,5% təşkil edib. Bu isə ötən ilin göstəricisindən 0,4 faiz bəndi azdır. "Safari" Azərbaycanın barauzer bazarında ikinci yeri tutur.

Üçüncü mövqedə 6,6% bazar payı ilə "Samsung Internet" brauzeri qərarlaşıb ki, bu da ötən ilin müvafiq göstəricisindən 2 faiz bəndi azdır. Bu brauzerin ölkə üzrə bazar payı bu ilin iyun ayında may ayı ilə müqayisədə 1,2 faiz bəndi azalıb.

Digər brauzerlər üzrə olan pay bölgüsü: "Opera" – 4,26%, "Yandex" – 1,54%, "Firefox" – 1,27%, "UC Browser" – 0,31, "Internet Explorer" – 0,28%, "Android" – 0,2% və s.

Hüseyn Vəliyev

Digər xəbərlər