Azərbaycanda "Facebook" istifadəçilərin fəallığı artıb

Azərbaycanda "Facebook" istifadəçilərin fəallığı artıb
# 01 oktyabr 2020 09:43 (UTC +04:00)

Bu ilin sentyabr ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı avqust ayı ilə müqayisədə 4,3 faiz bəndi artıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, oktyabrın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 37,3% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 23,2 faiz bəndi azdır. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı sentyabr ayı ərzində 4 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin oktyabr ayının 1-nə 27% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 15,1 faiz bəndi çoxdur.

Bu ilin sentyabr ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 1,4 faiz bəndi artıb. Oktyabrın 1-nə olan məlumata görə, "YouTube" Azərbaycan sosial media bazarında 17% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz bəndi çoxdur.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram"– 10,5, "Twitter" – 3,5, “Tumblr” – 2,6%, "VKontakte" – 1,15% və s.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR