Azərbaycanda "İnnovasiyalar Həftəsi" keçiriləcək

Azərbaycanda "İnnovasiyalar Həftəsi" keçiriləcək
# 23 sentyabr 2020 10:38 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə bu ilin 5-9 oktyabr tarixlərində üçüncü "InnoWeek – İnnovasiyalar Həftəsi"nin keçirilməsi nəzərdə tutulur.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd ölkədə innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsidir.

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan şəraitlə əlaqədar olaraq, "InnoWeek" çərçivəsində innovasiya ekosisteminin formalaşdırılması prosesinin sürətləndirilməsi, gənclərin innovasiya sahəsinə marağının artırılması, o cümlədən, startap ideyalarının reallaşdırılmasına dəstək göstərilməsi istiqamətində keçiriləcək müxtəlif yerli və beynəlxalq səviyyədə tədbirlərin sosial izolyasiya tədbirləri çərçivəsində onlayn şəkildə təşkili planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR