Azərbaycanda LTE-nin genişləndirilməsində aşağı tezlik diapazonundan istifadə olunacaq

Azərbaycanda LTE-nin genişləndirilməsində aşağı tezlik diapazonundan istifadə olunacaq
  • Clock-gray 13:20
  • calendar-gray 21 Yanvar 2020

Azərbaycan mobil rabitə operatorlarına LTE şəbəkələrin genişləndirilməsi üçün aşağı tezlik diapazonu təklif olunacaq.

"APA-Economics"in əldə etdiyi məlumata görə, söhbət 700 MHz tezlik diapazonundan gedir. Bu tezlikdən hazırda televiziya yayımında istifadə olunur.

Texniki nöqteyi-nəzərdən vericilərin məhz bu diapazona keçirilməsi zəruri olacaq. Aşağı tezlik diapazonunun mobil rabitə şəbəkəsində istifadə olunması təkcə Azərbaycanda deyil, ümumiyyətlə, Avropa ölkələrində də müzakirə mövzusudur. Belə ki Avropada bu tezliyin televiziya yayımından tam çıxarılması 2022-2023-cü illərdə nəzərdə tutulur.

Azərbaycanda 700 MHz tezliyin mobil rabitədə istifadəsi birmənalı olaraq qonşu ölkələrdə bu diapazonun televiziya yayımımdan çıxarılmasından asılıdır.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date