Azərbaycanda OTT yayım texnologiyasının tətbiqinə dair konsepsiya hazırlanır

Azərbaycanda OTT yayım texnologiyasının tətbiqinə dair konsepsiya hazırlanır
  • Clock-gray 16:20
  • calendar-gray 21 Yanvar 2020

Azərbaycanda OTT (“Over the Top”) yayım texnologiyasının geniş tətbiqinə dair konsepsiya hazırlanır.

"APA-Economics"in əldə etdiyi məlumata görə, yaxın gələcəkdə OTT texnoloji infrastrukturun yaradılacağı gözlənilir ki, məhz bu texnologiya operatorlar tərəfindən hazırda təklif olunan IPTV xidmətini əvəz edəcək.

IPTV xidmətindən fərqli olaraq OTT texnologiyasında sonlama qurğusuna məhdudiyyətlər olmur. Belə ki, istifadəçi video-məzmunu izləmək üçün istənilən qurğudan (smartfon, planşet, kompüter, televizor) istifadə edə bilər. Bunun üçün sürətindən asılı olmayaraq internet bağlantısının mövcudluğu kifayətdir.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date