Azərbaycanda POS-terminal və bankomatların sayı sentyabrda artıb

Azərbaycanda POS-terminal və bankomatların sayı sentyabrda artıb
# 03 noyabr 2020 11:30 (UTC +04:00)

Azərbaycanda POS-terminalların sayı sentyabr ayı ərzində 493 vahid və ya 0,9% artaraq oktyabr ayının 1-nə 57 040 ədəd təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ilin əvvəlindən ölkədə POS-terminalların sayı 15,5% və ya 10 428 vahid, ötən ilin eyni ayı ilə müqayisədə isə 11,9% və ya 7 735 vahid azalıb.

Məlumata əsasən, POS-terminalların 37 306 ədədi və ya 65,4%-i Bakıda, 19 734 ədədi və ya 34,6%-i isə regionlarda quraşdırılıb.

Hesabat ayında bankomatların sayında isə artım müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı sentyabr ayı ərzində 32 ədəd və ya 1,2% artıb. İllin əvvəlindən bankomatların sayı 0,3% və ya 7 ədəd azalsada, illik müqayisədə 1,8% və ya 48 vahid artıb. Bankomatların 1 383 ədədi və ya 52,4%-i Bakıda, 1 257 ədədi və ya 47,6%-i isə regionlarda quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR