Azərbaycanda "Pinterest" sosial şəbəkə istifadəçilərinin fəallığı kəskin artıb

Azərbaycanda "Pinterest" sosial şəbəkə istifadəçilərinin fəallığı kəskin artıb
# 02 noyabr 2020 10:35 (UTC +04:00)

Bu ilin oktyabr ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı sentyabr ayı ilə müqayisədə 26,8 faiz bəndi azalıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, noyabrın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 10,3% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 33 faiz bəndi azdır. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında ötən ayın nəticələrinə görə, ilk dəfə olaraq birinciliyini itirərək ikinci pillədə qərarlaşıb.

Oktyabr ayının nəticələrinə görə, sosial şəbəkələr arasında ilk dəfə olaraq birinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı ötən ay ərzində 46,1 faiz bəndi artıb.

Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin noyabr ayının 1-nə 73,4% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 58,8 faiz bəndi çoxdur.

Bu ilin oktyabr ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 10 faiz bəndi azalıb. Noyabrın 1-nə olan məlumata görə, "YouTube" Azərbaycan sosial media bazarında 7,1% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram" – 3,88%, "Twitter" – 1,8%, "VKontakte" – 1,3%, "Tumblr" – 0,9% və s.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR