Azərbaycanda SİM-kartların satışında tətbiq olunacaq yeni texnologiya sınaqdan keçirilir

Azərbaycanda SİM-kartların satışında tətbiq olunacaq yeni texnologiya sınaqdan keçirilir
  • Clock-gray 09:55
  • calendar-gray 15 Yanvar 2020

Bu ilin I rübündə Azərbaycanda SİM-kartların satışını "SmartCell" – üz tanıma texnologiyası vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

Bu barədə "APA-Economics"ə Məlumat Hesablama Mərkəzindən (MHM) bildirilib.

Mərkəzdən qeyd olunub ki, hazırda texniki işlər tamamlama mərhələsindədir və bu istiqamətdə sınaqlara başlanılıb.

Qeyd edək ki, “SmartCell” texnologiyası ilə sim-kartların satışı ilk olaraq "Azercell" mobil rabitə operatoru tərəfindən həyata keçiriləcək. Bu texnologiyanın tətbiqinə dair MHM ilə "Azercell" arasında memorandumu imzalanıb. MHM-dən əlavə olaraq bildirilib ki, bu texnologiyanın tətbiqinə digər iki operator ("Bakcell" və "Nar") tərəfindən də nəzərdə tutulub.

SİM-kartların "SmartCell" texnologiyası ilə satışında, vətəndaşın şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Kodu skan olunacaq, daha sonra onun üzü skan olunaraq şəxsiyyət vəsiqəsində olan şəkil ilə eyniləşdiriləcək. İdentifikasiya uğurlu olduğu təqdirdə vətəndaşın elektron imza sertifikatı yaradılacaq ki, onun vasitəsilə abunə müqaviləsi imzalanaraq nömrəni əldə etmək mümkün olacaq.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date