Azərbaycanda SSL sertifikatlarının verilməsinə başlanılır

Azərbaycanda SSL sertifikatlarının verilməsinə başlanılır
  • Clock-gray 15:04
  • calendar-gray 29 Yanvar 2020

Azərbaycan Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (SSL) təhlükəsizlik sertifikatlarının verilməsi xidmətinin göstərilməsi üçün beynəlxalq auditdən keçir.

Bunu “APA-Economics”ə Nazirlikdən deyiblər.

Bildirilib ki, bu sertifikatlarının verilməsi sözügedən yoxlamaların bitməsindən və zəruri prosedurların yekunlaşmasından sonra planlaşdırılır.

Qeyd edək ki, Mərkəz “WebTrust Program for Certification Authorities” proqramı üzrə auditdən keçir. Layihə kommersiya xarakteri daşıyır və SSL sertifikatlarının verilməsi bəzi hallar istisna olmaqla pullu olacaq. SSL sertifikatları ən çox elektron ticarət platformalarında və müştərilər tərəfindən şəxsi məlumatlar daxil edilən saytlarda istifadə olunur. Məlumatların brauzerdən serverə ötürülməsi zamanı ələ keçirilməsinin qarşısını almaq üçün məlumatları şifrləyən xüsusi HTTPS protokol istifadə olunur.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date