Azərbaycanda avtobus və taksi istifadəçilərinin sayı kəskin azalıb

Azərbaycanda avtobus və taksi istifadəçilərinin sayı kəskin azalıb
# 16 dekabr 2020 16:51 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda avtobuslarla 986 801,4 min sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,1% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin yanvar-noyabr aylarında avtobus nəqliyyatı ilə 1 569 611,1 min sərnişin daşınıb.

Məlumata əsasən, hesabat dövründə minik taksilərinin xidmətlərindən 40 129,3 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 39,6% azdır. Belə ki, 2019-cu ilin müvafiq dövründə taksi xidmətlərindən 66 439,2 min nəfər istifadə edib.

Xatırladaq ki, sözügedən azalma koronavirus pandemiyası çərçivəsində aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR