Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 40% azalıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 40% azalıb
# 17 mart 2021 09:39 (UTC +04:00)

Azərbaycanda bu ilin yanvar-fevral aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 16,3 mln. ton yük və 161,9 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə yük və sərnişin daşımaları müvafiq olaraq 19,2% və 40,1% azalıb.

Məlumata görə, sərnişinlərin 92,8%-i avtobus, 7,2%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR