Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb
# 22 yanvar 2020 10:44 (UTC +04:00)

2019-cu ildə Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 155,3 milyon ton yük daşınıb ki, bu da 2018-ci illə müqayisədə 4% çoxdur. “APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il ölkədə avtomobil nəqliyyatı ilə 1813,3 milyon sərnişin daşınıb və əvvəlki illə müqayisədə 2,6% artım qeydə alınıb. Sərnişinlərin 96%-i avtobus, 4%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Ötən il ərzində yük dövriyyəsi 4%, sərnişin dövriyyəsi isə 2,7% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR